Qadin.NET / Rusiyadan etiraf: “Rubl daha stabil olmayacaq”

Rusiyadan etiraf: “Rubl daha stabil olmayacaq”

 

“Rublun kursu əvvəlki kimi stabil olmayacaq”.Milli.Az axar.az-a istinadən bildirir ki, bu açıqlama ilə Rusiyanın Baş nazirinin müavini İqor Şuvalov çıxış edib.O, bunun hazırkı zamanda normal hal olduğunu bildirib:“Biz sizinlə rublun güclənməsi üçün əziyyət çəkməli olacağıq. İndi yalnız rublun kursunun əvvəlki kimi stabil olmayacağına öyrəşməyimiz lazımdır. Bütün bunlar normal proseslərdir”.Qeyd edək ki, bundan öncə Rusiyanın Maliyyə naziri Anton Siluanov rublun kursunun öz normal vəziyyətini tapdığını bildirmişdi.

Mənbə: Milli.Az
 
2 fevral 2015
GO BACK