Qadin.NET / Debaltsevedə evakuasiya əməliyyatı aparılır

Debaltsevedə evakuasiya əməliyyatı aparılır

 

 

Ukrayna hakimiyyəti rusiyapərəst üsyançılar tərəfindən demək olar ki, tamamilə mühasirəyə alınan Debaltseve şəhərinin sakinlərini evakuasiya etməkdədir. Şəhərdə davam edən döyüşlərdə onlarla adamın öldürüldüyü bildirilir.
Milli.Az BBC-yə istinadən bildirir ki, ölkənin baş naziri Arseniy Yatsenyuk deyib ki, indiyədək təxminən 1000 sakin şəhərdən çıxarılıb. Onun sözlərinə görə, bunun üçün altı avtobus fəaliyyət göstərir, lakin üsyançılar bu avtobusları atəşə tutur.
Evakuasiya əməliyyatında könüllülər qrupları da yardım göstərir.
Debaltsevedə təxminən 25 000 adam yaşayır. Şəhər üsyançıların idarə etdiyi Luhansk və Donetsk əraziləri arasında yarı yolda yerləşir və strateji dəmiryolu qovşağı sayılır.
Yanvarın 31-dən fevralın 1-ə keçən gecə Donetsk, Debaltseve və Meriupol kimi mühüm ərazilərdə döyüşlərin davam etdiyi bildirilir.
Məlumata görə, bu döyüşlərdə ən azı 40 nəfər həlak olub: Ukrayna rəsmilərinə əsasən son sutka ərzində 15 Ukrayna əsgəri və 12 mülki şəxs öldürülüb.
Üsuançılar tərəfindən mülkilər də daxil olmaqla 13 nəfərin öldürüldüyü deyilir.
Donetsk oblastının DİN başçısı Vyaçeslav Abroskin bildirib ki, şəhər susuz və işıqsızdır.
Mənbə: Milli.Az 
2 fevral 2015
GO BACK