Qadin.NET / Yeni ucuz smartfon göstərildi

Yeni ucuz smartfon göstərildi

 

Yalnız öz telekommunikasiya avadanlığı ilə deyil, həm də mobil qurğuları ilə tanınan Çinin ZTE şirkəti yeni Blade S6 smartfonunu elan edib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, cihaz 64 bitlik səkkiznüvəli Qualcomm Snapdragon 615 prosessoru, 2 QB əməli yaddaş və Sony IMX214 ötürücüsünə malik 13 meqapiksellik əsas kamera ilə təchiz edilib.Videozəng və selfi çəkilişi üçün nəzərdə tutulmuş ön kamerası 5 meqapiksellik matrisdən istifadə edir. Daxili fləş yaddaşın həcmi 16 QB təşkil etdi, microSD çıxarılıb taxılan kartları ilə artırıla bilər.Telefon 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Aparata MiFavor 3.0 istifadəçi interfeysli Android 5.0 Lollipop mobil əməliyyat sistemi quraşdırılıb.ZTE Blade S6 smartfonunun satışına 2015-ci ilin fevralında başlanılacaq. Yeni modelin satış qiyməti təxminən 250 dollar təşkil edəcək.

Mənbə: Milli.Az
2 fevral 2015
GO BACK