Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Yüksək Texnologiyalar Parkının və İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun işinin əlaqələndirilməsi üzrə şöbə yaradılacaq. Bu barədə Trend-ə ölkənin telekommunikasiya bazarındakı mənbə bildirib.Agentliyin müsahibinin sözlərinə görə, 2020-ci ilədək nazirliyin qarşısına qoyulan əsas vəzifələrdən biri Azərbaycanın yüksək texnologiyalı məhsul və xidmətlərin istehsalçısı və ixracatçısı olan ölkəyə çevrilməsidir: "Р’u istiqamətdə həyata keçirilən bütün perspektivli texnoloji və innovasiya tutumlu layihələr dövlətin lazımi maliyyə dəstəyi ilə təmin olunacaq".Hazırda dünyanın tanınmış İT şirkətləri ilə bu prosesdə Azərbaycanda yerli şirkətlərin iştirakı ilə onların məhsullarının istehsalının təşkili imkanları barədə danışıqlar aparılır.Mənbə deyib: "Azərbaycan bazarı kiçikdir və bu sahədə uğur əldə olunması üçün xarici bazarlar üzrə ekspansiya vacibdir. Qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü kadr potensialı, əlverişli biznes mühiti və özəl sektorun maliyyə mənbələrindən istifadəsinin sadələşdirilməsi üçün imkanlar yaratmaq lazımdır”.
Mənbə: Milli.Az