Qadin.NET / Nokia özünə gəlir

Nokia özünə gəlir

 

2014-cü ilin son rübünün nəticəsinə görə, Finlandiyanın Nokia telekommunikasiya avadanlığı istehsalçısının xalis mənfəəti 12 faiz artaraq 356 milyon avro təşkil edib. 1 il bundan əvvəl bu göstərici 317 milyon avro olub.Milli.Az İCT nevs-a istinadən bildirir ki, hesabat dövründə Nokianın gəliri 9 faiz, yəni 3.4-dən 3,8 milyard avroyadək artıb.Əməliyyat gəliri 28 faiz artaraq 524 milyon avro təşkil edib.

Nokia – Finlandiyanın transmilli şirkətidir, mobil, stasionar, genişzolaqlı və IP şəbəkələri üçün telekommunikasiya avadanlığı istehsalçısı, HERE xəritə xidmətinin yaradıcısıdır.
Mənbə: Milli.Az
2 fevral 2015
GO BACK