Google-un maliyyə direktoru Patrik Piçett bildirib ki, Google Glass smart eynəklərinin hazırlanması layihəsinə yenidən yükləmə lazım olub.Xatırladaq ki, Google şirkəti yanvarın 19-dan etibarən tərtibatçılar üçün Glass Explorer proqramını dayandırıb. Şirkət, həmçinin Google Glass qurğusunun cari versiyasının istehsalını dayandırıb.Milli.Az İCT nevs-a istinadən bildirir ki, bundan başqa, internet nəhənginin nümayəndəsi bildirib ki, gələcəkdə Glass layihəsi Toni Fadellanın (2013-cü ildə Google tərəfindən satın alınmış Nest şirkətinin direktoru) rəhbərliyi altında istifadəçi qurğuları bölməsinin ixtiyarına veriləcək."Komanda layihənin inkişafı ilə bağlı maneələri aradan qaldıra bilmədikdə biz onlara fasilə götürməyi və strategiyanı yenidən qurmağı təklif edə bilərik", – Piçett deyib.Google Glass qurğusu ilk dəfə 2012-ci ildə şirkətin təqdimatı zamanı nümayiş etdirilib. Ancaq məhsul geniş istifadəçi kütləsinin rəğbətini qazanmadı və məxfilik məsələləri səbəbindən tənqid olundu. Cihazın sınaq versiyası ABŞ və Böyük Britaniyada alıcılar üçün əlçatandır, təxmini satış qiyməti 1500 dollar təşkil edir.