ABŞ-ın NASA agentliyi Yerdə torpağın rütubətini çox dəqiq müəyyənləşdirmək üçün kosmosa yeni "Soil Moisture Active Passive" (SMAP) peykini yollayıb.
Milli.Az SMAP missiyasının rəsmi bloquna istinadən bildirir ki, peykin hazırlanması, istehsalı və raketlə kosmosa çıxarılması təqribən 1 milyard dollara başa gəlib.
SMAP indiyədək kosmosa buraxılmış meteoroji peyklər arasında ən həssasıdır. O, quraqlıqlar, təbii fəlakətlər barədə əvvəlcədən xəbər verəcək, ABŞ-ın kənd təsərrüfatı və metereoloji xidməti üçün istifadə olunacaq.
Aparatdakı xüsusi radarla radiometr torpaqda 5 sm dərinliyədək rütubəti kosmosdan ölçəcək.
Peyk ən azı 3 il işləyəcək.
Mənbə: Milli.Az