Qadin.NET / Azərbaycanlı idmançı Olimpiya Oyunlarına doğru

Azərbaycanlı idmançı Olimpiya Oyunlarına doğru

 

Hazırda İspaniyada olan çaparımız Camal Rəhimov bu ölkədə keçirilən 13 mərhələli  beynəlxalq reytinq yarışına (2 star ranking class) qatılır.Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çaparımız 13 mərhələdən ibarət yarışın ilk mərhələsini keçərək maksimal 50 xalı toplayıb.O, qarşıda digər 12 mərhələni keçməklə xallarının sayını artıraraq, Olimpiya Oyunlarına vəsiqə qazanmağa çalışacaq.Qeyd edək ki, bu yarış 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiya Oyunlarında iştirak üçün xal qazandırır.

Mənbə: Milli.Az

 

1 yanvar 2015
GO BACK