Qadin.NET / Ölkəsi üçün qaradərili Barbi hazırladı

Ölkəsi üçün qaradərili Barbi hazırladı

 

 

"Mattel şirkətinin Nigeriyanı satışlar üçün prioritet məkanlardan biri saydığını düşünmürəm. Amma burada, ölkəmizdə Barbi kuklası çox populyardır. Bacımın qızı üçün də belə kukla almaq istədim. Qaradərili Barbi satışda yoxdu. Buna görə də özüm kukla yaratmaq qərarına gəldim".
Nigeriyada yaşayan 43 yaşlı Taofik Okoya ölkəsində çox populyar "Queens of Africa" kuklasının müəllifidir. Ölkədəki üç ən iri tayfanın ənənəvi paltarları geyindirilən bu kukla o qədər populyarlaşıb ki, Nigeriyada Barbidən çox satılır.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Okoyanın kiçik sexi indi ayda təqribən 9 min kuklanı satışa çıxarır.
Təxmiən 7 dollardan satılan kukla barədə danışanda Okoya bildirib ki, məqsədi nigeriyalı qızların özləri ilə identifikasiya edə biləcəkləri oyuncaq yaratmaq olub.
Reuters-in məlumatına görə, Okoyanın əsəri Nigeriyadakı kukla bazarının 15 faizini "ələ keçirib".
Mənbə: Milli.Az
31 yanvar 2015
GO BACK