APA-nın hərbi mənbələrdən əldə etdiyi məlumata görə, bu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin Almaniya və İspaniyada keçmiş hərbi attaşesi, general-mayor Vaqif Rəsulov və Azərbaycanın Ukrayna və Türkiyədəki keçmiş hərbi attaşesi, polkovnik Tofiq Qasımov ordu sıralarından ehtiyata göndəriliblər.Fakt Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqlənib. Nazirlikdən APA-ya bildirilib ki, hər iki hərbi qulluqçu müvafiq qaydada ehtiyata buraxılıb.Qeyd edək ki, general-mayor Vaqif Rəsulov hərbi attaşe vəzifəsindən əvvəl Müdafiə Nazirliyinin İnformasiya idarəsinin rəisi, polkovnik Tofiq Qasımov isə Azərbaycan Ali Hərbi Məktəbinin rəisi vəzifəsində çalışıb.
Mənbə: Milli.Az