Qadin.NET / Azərbaycanda dövlət saytlarında niyə problem yaranıb?

Azərbaycanda dövlət saytlarında niyə problem yaranıb?

 

Bu gün giriş zamanı məhdudiyyətlərin yarandığı bəzi dövlət saytlarının normal işi artıq bərpa olunub. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.Nazirlikdən bildirilib ki, saytlara girişlə bağlı problem kibertəhlükəsizliyin artırılmasına yönəlmiş profilaktik işlərin aparılması səbəbindən yaranıb.Hazırda həmin saytlar normal rejimdə çalışırlar.

Mənbə: Milli.Az

 

31 yanvar 2015
GO BACK