Qadin.NET / Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb

Mühasirədəki şəhərdə yüzlərlə azərbaycanlı qalıb

 

 

Ukraynanın şərqindəki separatçı "Donetsk Xalq Respublikası"nın silahlı dəstələrinin Mariupola hücumu davam edir.
Separatçıların mühasirəyə aldıqları şəhər "Qrad" reaktiv artilleriya qurğularından da atəşə tutulur.
Milli.Az Diaspora TV-yə istinadən bildirir ki, gülləbaranda yaralananlar arasında azərbaycanlı Asif Ələkbərov da var.
"Qrad" raketlərindən biri şəhərin mərkəzi bazarına düşüb. A.Ələkbərovun dükanı da bazardadır və soydaşımız raket partlayışı nəticəsində çiynindən qəlpə yarası alıb.
Hazırda Mariupolda təqribən 500 azərbaycanlı var.
Mənbə: ANS PRESS
31 yanvar 2015
GO BACK