Qadin.NET / Bazar günü hava necə olacaq?

Bazar günü hava necə olacaq?

 

Bazar günü hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, fevralın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir.
Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə, gündüz 9-11 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 1-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, yüksək dağlıq ərazilərdə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

 

Mənbə: ANS PRESS

31 yanvar 2015
GO BACK