Türkmənistan hakimiyyəti ölkəyə qara rəngli avtomobillərin gətirilməsini qadağan edib. Bundan başqa, Aşqabadda qara rəngli maşınların texniki baxışdan keçirilməsi müvəqətti dayandırılıb. Bu barədə “Xronika Turkmenistana” dərgisi xəbər verir.
Milli.Az 4charx.com-a istinadən bildirir ki, sayt ölkə və ya sahə rəhbərliyinin rəsmi sərəncamına istinad göstərmir. Qadağa haqqında məlumat onunla qarşılaşmış ayrı-ayrı adamlardan gəlib. Çox güman ki, ölkəyə qara rəngli maşınların gətirilməsinin qadağan edilməsi ölkə rəhbərliyinin şifahi göstərişinə əsaslanır. Təsdiq edilməmiş məlumata görə ölkə rəhbərliyı qara avtomobillərin bədbəxtçilik, ağ avtomobillərin isə xoşbəxtlik gətirdiklərinə inanır.
Mənbə: Milli.Az