Qadin.NET / Samsung ucuz Galaxy J1 göstərdi

Samsung ucuz Galaxy J1 göstərdi

 

Samsung şirkəti öz yeni ucuz J istehsal xəttindən ilk smartfonunu nümayiş etdirib. Galaxy J1 smartfonu 800x480 piksel təsvir ölçülü 4.3 düymlük ekran, 1.2 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz edilib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, əməli yaddaşın həcmi 512 MB, daxili yaddaş 4 QB təşkil edir. Wi-Fi Direct dəstəkli Wi-Fi b/g/n, Bluetooth 4.0 və GPS+GLONASS simsiz modulları mövcuddur.Əsas kameranın təsvir ölçüsü 5 meqapikseldir, ön kamera 2 meqapiksellik təsvir ötürücüsünə malikdir. Akkumulyator batareyasının tutumu 1850 milliamper/saatdır, 10 saatadək danışıq mümkündür, Ultra Power Saving enerjiyə qənaət rejimi tətbiq edilib.Smartfon Android 4.4 KitKat platforması ilə işləyir. Qurğunun ölçüləri 129x68.2x8.9 mm, çəkisi 122 qramdır. Cihazın qiyməti və satışa çıxarılma tarixi hələ açıqlanmayıb.

Mənbə: Milli.Az
30 yanvar 2015
GO BACK