“Onlar iddia edirlər ki, guya soydaşlarımız sərhədləri pozurlar. Onda sual olunur ki, söhbət hansı sərhəddən gedir. Bütün dünya üzrə Azərbaycan sərhədləri tanınır. Qanunvericiləyə əsasən hər bir vətəndaş ölkədə sərbəst hərəkət etmək hüququna malikdir. Niyə görə, Ermənistan beynəlxaql hüquq normalarını pozur? Bizim soydaşlarımız diversant adlandırılır. Onlar bu sözün mənasını heç bilmirlər. Onların saxta məhkəməsində belə girovlara diversiya ittihamı irəli sürülməyib. Ermənilərin məqsədi tamam başqadır. Onlar bilir ki Azərbaycan vətəndaşları öz hüquqlarından istifadə edirlər”.
A.Bağırov xatırladıb ki, Dilqəm Əsgərov dəfələrlə Qarabağda, öz kəndində olub və yaxınlarının qəbrini ziyarət edib. “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İB-nin sədri qeyd edib ki, bu onun ən təbii haqqıdır: “Girovlarımızın müdafiəsi üçün ən etibarlı yol Avropa İnsan Hüquqları Məhkəməsidir. Biz BİHM-ə müraciət edərkən foto və yazılı materiallardan istifadə etmişik. Avropa Konvensiyasının bir sıra maddələrini kobud şəkildə pozur. Ermənilər öz qurduqları tələyə özləri düşüblər. Onların hüquqdan başa düşən hər bir şəxsi Ermənistanın səhv yolda olduğunu dərk edirlər. Beynəlxalq təşkilatlara müraciət etmək də bizim məqsədlərimizə uyğundur. Biz istəyirik ki, girov tutulan soydaşlarımız azadlığa buraxılsınlar”.
Mənbə: ANS PRESS