Qadin.NET / Ermənistan 1915-ci il hadisələrini gəlir mənbəyinə çevirməyə çalışır

Ermənistan 1915-ci il hadisələrini gəlir mənbəyinə çevirməyə çalışır

 

Ermənistan 1915-ci il hadisələrinin “soyqırımı” kimi təbliğatını gəlir mənbəyinə çevirməyə cəhd edir.Trend cümə günü Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu parlamentin spikeri Cəmil Çiçək bildirib.Onun sözlərinə görə, Türkiyənin erməni xalqına qarşı heç bir pis niyyəti yoxdur, lakin bu, o demək deyil ki, ölkə Ermənistanın antitürk kampaniyasına qarşı susacaq və heç bir fəaliyyət göstərməyəcək.Bir qədər əvvəl prezident Rəcəb Tayyib Ərdoğan ölkəsinin 1915-ci il hadisələrini ermənilərin “soyqırımı” kimi tanımayacağını bəyan edib.Ərdoğanın sözlərinə görə, Türkiyə dəfələrlə 1915-ci il hadisələrinə aydınlıq gətirmək üçün öz arxivlərini açdığını elan edib.Ərdoğan deyib: "Əgər Ermənistanda da belə arxivlər varsa, qoy Ermənistan da 1915-ci ilin həqiqətlərinə aydınlıq gətirmək üçün onları açsın”.

Mənbə: Milli.Az

 

30 yanvar 2015
GO BACK