Qadin.NET / "Dağlıq Qarabağda qoşunların təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə təxribatdır"

"Dağlıq Qarabağda qoşunların təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə təxribatdır"

 

Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə təxribatdır. Trend xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədriCeyms Uorlik özünün “Tvitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.Uorlik qeyd edir ki, tərəflər qoşunların təmas xəttində gərginliyi azaltmalıdırlar.Xatırladaq ki, dünən saat 14:00 radələrində Azərbaycan HHQ cəbhənin Ağdam istiqamətindəki Azərbaycan mövqeləri üzərində Ermənistan SQ-yə məxsus pilotsuz uçuş aparatını məhv edib.

Mənbə: Milli.Az

 

30 yanvar 2015
GO BACK