Fransanın satirik “Charlie Ebdo” nəşrində İslam peyğəmbərinin təhqir olunmasına bütün dünyada etirazlar davam edir. ANS PRESS-in məlumatına görə, daha bir dinc aksiya Türkiyənin Malatya şəhərində keçirilir. Şəhərin bələdiyyə sədri Əhməd Çakır Malatyanın müxtəlif yerlərində həzrəti Muhammədi (S) tərənnüm edən şeirlərdən misraların yazıldığı bilbordlar asdırıb.
Bilbordlardan birində, ərəb dilində “Muhamməd” və türk dilində Dursun Əli Ərzincanlıya aid, “Salam sənə nazlı Nəbi, salam sənə gözbəbəyi, Mövlananın qüdrətilə salam. Sən kainatın ürəyindən həsrətlə qopan bir ahsan! Qaranlıq gecələrimizə sabahsan! Sən Nəbiyyullahsan! Sən Həbibullahsan! Sən Rəsulullahsan!” yazılıb.
Digər bilbordda isə ərəbcə “Muhamməd” və Nəcib Fazil Kısakürəyə aid, “Müjdəçim, Qurtarıcım, Əfəndim, Peyğəmbərim; Sənə uyğun olmayan bir həyatı təpərəm” misraları yazılıb.
Bələdiyyə sədri, vaxtaşırı qəsdən qaranlıq qüvvələr tərəfindən başladılan kampaniyalarla müqəddəslərin təhqir olunduğunu bildirib.
“İnsanlar öz dəyərlərinə sabib çıxmalıdırlar. Biz də peyğəmərimizə olan sevgimizi bilbordlarda nümayiş etdiririk”.
Xatırladaq ki, bundan əvvəl də Əfqanıstan, Pakistan, Türkiyə və s. müsəlman ölkələrindəki müxtəlif şəhərlərdə “Charlie Ebdo”nun təhqir karikaturalarına qarşı etiraz akisyaları keçirilib. Analoji aksiya Azərbaycanda da keçirilmişdi.
Mənbə:ANS PRESS