Rusiya mətbuatında ölkə prezidentinin şəxsi həyatı ilə bağlı yeni iddia ortaya atılıb.ANS PRESS-in məlumatına görə, Rusiya Federasiyası prezidenti Vladimr Putinin şəxsi həyatı ilə bağlı bilinməyən, hamıdan gizlənilən daha bir xəbər mətbuatın gündəmini zəbt edib.
Xəbərlərdə bildirilir ki, hazırda moskva Dövlət Universitetinin akademiklərindən olan Yekaterina Tikonovanın Rusiya dövlət başçısının qızıdır. Gimnastika sahəsində uğurları olan Yekaterinanın illərdir gizlədiyi ən kiçik qızı olduğu iddia edilir. Qızın Putinin ayrıldığı həyat yoldaşı Lyudmila Tikonovadan olduğu, ikinci adının isə sənədlərdə Vladimirnova kimi yazıldığı deyilir.
Gənc idmançı, hazırda Moskvanın öndə gedən biznes-ledilərindən biridir. Putinə və keçmiş həyat yoldaşı Lyudmilaya oxşarlığı ilə diqqət çəkən Yekaterinanın qısa bir zamanda və gənc yaşda kariyerasında yüksəliş əldə etməsinin arxasında da elə məhz Putinin olduğu vuğulanır.
Mənbə: ANS PRESS