Qadin.NET / Ermənilərin Min bir Gecə paxıllığı

Ermənilərin Min bir Gecə paxıllığı

 

Ermənilərin Min bir Gecə paxıllığı

Bir vaxtlar Türkiyədəki özəl telekanallardan birində nümayiş olunan və reytinq rekordları qıran, Azərbaycanda da kifayət qədər tamaşaçısı olan “Min bir Gecə” serialının Argentinadakı telekanallardan birində nümayişinə başlanılıb. ANS PRESS-in məlumatına görə, rəqib kanalda yeni Braziliya serialı ilə eyni vaxtda başlayan serial ölkə tamaşaçısı tərəfindən böyük rəğbətlə qarşılanıb. 
Argentinada fəaliyyət göstərən “Canal 13”də nümayiş olunan serialın rəğbət qazanması yerli erməniləri özündən çıxarıb. Belə ki, yerli erməni icması serialın yayımının gülünc səbəblərlə dayandırılması üçün imza kampaniyası başladıb.
İcmanın mətbuat mərkəzi bu barədə yaydığı bəyanatda, türk serialının senzuraya məruz qalmasını istəmədiklərini, amma serialın çox mediatik olmasına etiraz etdiklərini bildirib. İcma bu fikrini 100-cü ildönümünə hazırlaşdıqları qondarma erməni “soyqırımını”nın populyarlığının cəmiyyətdə ikinci plana düşməsindən duyduqları təşvişlə izah edib. 
“"Min bir Gecə" serialının populyarlığından həyasızca istifadə edərək 100-cü ildönümünü qeyd etməyə hazırlandığımız “soyqırımının” təsirini neytrallaşdırmağa çalışırlar. XX əsrin ilk “soyqırımından” məsul olan Türk dövləti inkarçı siyasətini davam etdirir” – deyə bəyanatda qeyd edilib.

 

Mənbə: ANS PRESS

30 yanvar 2015
GO BACK