Qadin.NET / Hava haqqında

Hava haqqında

 

Bu gün ölkə ərazisində hava yağmursuz keçəcək, duman olacaq

Yanvarın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzerTAc-a verilən məlumata görə, şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza görə, fevralın 1-dək Abşeron yarımadasında meteoroloji amillərin, əsasən, normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək, arabir duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-4° isti, dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 7-12° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-4° isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında
 hava, əsasən, yağmursuz keçəcəyi, arabir duman olacağı, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti, dağlarda gecə 3-6° şaxta, yüksək dağlıq ərazilərdə 5-10° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 0-5° isti, gündüz 7-12° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı, axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Şərq küləyi əsəcək. Temperaturun gecə 4-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

 

30 yanvar 2015
GO BACK