Qadin.NET / Bakı metrosunda bir gündə ikinci hadisə: sərnişinlər təxliyyə edildilər

Bakı metrosunda bir gündə ikinci hadisə: sərnişinlər təxliyyə edildilər

 

Bakı Metropoliteninin “Həzi Aslanov” - “Dərnəgül” istiqamətində hərəkət edən qatarda nasazlıq yaranıb. 

 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin APA-ya verdiyi məlumata görə, sərnişinlər qatardan təxliyə olunublar, nasazlıq yaranan qatar isə baxış üçün depoya göndərilib.
“Onun yerinə ehtiyat qatar xəttə buraxılıb. Qatardan sərnişinlər təxliyyə ediləndə, bir neçə saniyəlik gecikmə yaranıb. Digər stansiyalarda gecikmə yaransa da, problem aradan qaldırılıb. Artıq heç bir problem yoxdur”, - deyə o vurğulayıb.
Mənbə: Milli.Az
29 yanvar 2015
GO BACK