Xalq şairi Vaqif Səmədoğlu bu gün son mənzilinə yola salındı. Onu sevənlər şairin şeirlərində qeyd etdiyi vəsiyyəti onun dəfn günündə yerinə yetiriblər. Şairin məzarı başına bir cüt ayaqqabı və Vaqifin şeirindən bir neçə bəndin yazıldığı bir kağız parçası qoyulub.
Xalq şairi atası Səməd Vurğun və qardaşı Səməd Yusif oğlu ilə birlikdə, I Fəxri Xiyabanda uyuyacaq.ANS PRESS ölüm şairinin vəsiyyət edərcəsinə yazdığı həmin şeirindən bir hissəni sizə təqdim edir:
Məzarıma
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin…
Son gecədir bu gün yenə…
Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər…
Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk…
İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar…
Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur…
Mənbə: ANS PRESS