Qadin.NET / Sabahın hava proqnozu

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
Sabah Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyilə əvəzlənəcək.Abşeron yarımadasında temperatur gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.
Yanvarın 30-da rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru bəzi şimal cə şərq rayonlarında yağıntı gözlənilir. Şərq küləyi əsəcək.
Temperatur aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Mənbə: ANS PRESS

29 yanvar 2015
GO BACK