Ermənistan Ordusu daha bir hərbi qulluqçusu itirib. ANS PRESS-in məlumatına görə, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, İrəvandakı hərbi hissələrdən birinin idman zalında hərbi qulluqçu Aykaz Barseqyanın asılmış meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Ermənistan ordusu rəhbərliyi çox vaxt itkilərini intihar adı altında qeydiyyata alır. Bu hadisənin də intihar adı ilə ictimaiyyətə çatdırılması gözlənilir. İrəvanda ölən erməni əsgərlərin anaları tez-tez Serj Sarkisyanın iqamətgahı qarşısında aksiya keçirərək oğullarının ölümü ilə bağlı araşdırmanın düzgün aparılmasını tələb edirlər. Ötən gün keçirilən belə aksiyalardan birində erməni əsgər anaları Serj Sarkisyanın şəklini ayaqlar altına ataraq taplamışdılar.
Mənbə: ANS PRESS