Ermənistan-Azərbaycan cəbhəsində gərginliyin artması hərbi əməliyyatlara yol açmayacaq. ANS PRESS-in məlumatına görə, bunu Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.O, Amerikanın Səsi-nə müsahibəsində bildirib ki, gərginliyin artan, aşağı düşən dövrləri olub. Burada hələ fövqəladə nə isə baş vermir. Doğrudur, itkilərin sayı artıb. Ancaq, mən yaxın zamanda ağır texnikadan istifadə olunmasını, hücum əməliyyatlarını, yəni müharibənin bərpa olunmasına gətirib çıxaracaq addımların atılacağını gözləmirəm.
Onun sözlərinə görə, indi Ermənistan qondarma soyqırım ilə bağlı tədbirlər keçirməyə hazırlaşır. Düşünmürəm ki, belə bir vəziyyətdə Azərbaycan və ya Ermənistan böyük müharibəyə maraqlı olsun. Onun arxasınca da Azərbaycanda 1-ci Avropa Olimpiya Oyunları olacaq. Adətən bu dövrdə sülhü qorumağa meylli olurlar.
Politoloq vurğulayıb ki, müharibə dayandırılıb, ancaq qurtarmayıb: "Tam istisna etmək olmaz ki, hansısa məqamda hansısa başı havalanmış komandir ağır texnikadan istifadə etmək qərarına gəlsin, o qərarı versin və bu, heç də tərəflərin istəmədiyi şəkildə kifayət qədər qanlı toqquşmaların bərpasına gətirib çıxara bilər.
Mənbə: ANS PRESS