Qadin.NET / Azərbaycanın tanınmış politoloqu vəfat etdi

Azərbaycanın tanınmış politoloqu vəfat etdi

 

Bu barədə Milli.Az musavat.com-a istinadən xəbər verir. Baş redaktor Rauf Arifoğlunun sözlərinə görə, ürək damarlarında tıxanıqlıq olması səbəbindən rahatsız olan Zəfər Quliyev Tiflisə yola salınmışdı: "Orada onun ürəyinə stend yerləşdirilməliydi. Ancaq Tiflisdə həkimlər onun ürəyində açıq əməliyyat keçirməyin vacib olduğunu bildirib, tövsiyə ediblər ki, dərhal əməliyyat olunsun. Zəfər Quliyev tərəddüd edib. Dostları israr etsələr də o, belə bir əməliyyatın bir müddət sonra keçirilməsini istəyib. Bu səbəbdən gərginlik yaşayan politoloq gecə səhərə qədər yata bilməyib və səhər saatlarına fənalaşıb. Onu təcili çəkildə xəstəxanaya çatdırsalar da, həkimlərin səyinə baxmayaraq Zəfər Quliyevin həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, 62 yaşlı Zəfər Quliyev ölkənin tanınmış politoloqlarından və ictimai-siyasi xadimlərindən biriydi. 
Allah rəhmət eləsin! 

Mənbə: Milli.Az

 

29 yanvar 2015
GO BACK