Amerika Birləşmiş Ştatlarında (ABŞ) zəlzələ baş verib.ANS PRESS-in məlumatına görə, ABŞ-ın Kaliforniya ştatında Rixter cədvəli ilə 5,7 bal gücündə zəlzələ meydana gəlib.
ABŞ Geoloji Xidməti bildirir ki, çərşənbə günü axşam saatlarında ABŞ-ın Qərb sahilində qeydə alınan yeraltı təkanın episentri Ferndeyl şəhərindən 40 km cənub-qərbdə və Sakramentodan 329 km şimal-qərbdə, ocağı isə yerin 17,1 km dərinlikdə yerləşib.
Dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.
Mənbə: ANS PRESS