“Facebook” sosial şəbəkə istifadəçilərinin sayı açıqlanıb. ANS PRESS-in məlumatına görə, dünyanın populyar sosial şəbəkə nəhəngi olan “Facebook” 2014-cü ilin son rübünə olan hesabatı təqdim edib.Hesabata əsasən, rüblük göstəricidə istifadəçilərin 2,2 faiz artdığı və beləliklə də 1,38 miyarda çatdığı bildirilir.
Şirkətin illik gəliri tarixdə ilk dəfə 10 milyard dolları ötüb. Ümumilikdə geridə qoyduğumuz ildə “Facebook” 12,47 milyard dollar gəlir əldə edib.
2004-cü ildən bəri fəaliyyət göstərən Facebook şəbəkəsi hazırda istifadəçilərinin sayının daha da artırması yollarını aramaqdadır. 1,38 milyard “Facebook” istifadəçisinin təxminən 600 milyonu Facebook şəbəkəsinə mobil cihazlar vasitəsilə daxil olur.
Mənbə: ANS PRESS