Qadin.NET / Ən populyar avtomobil seçildi

Ən populyar avtomobil seçildi

 

2014-cü ilin 12 ayı ərzində dünyanın 150 ölkəsində müxtəlif mümkün kuzovlarda 1 223 253 yeni Toyota Corolla satılıb. Bu 2013-cü ilin göstəricisindən 2,1% çoxdur. Səciyyəvi cəhət odur ki, bu modelin satışları artıq 8-ci ildir ki, ardıcıl artmaqdadır.Milli.Az 4charx.com-a istinadən bildirir ki, dünya reytinqində ikinci yeri Ford Focus (1 025 081 ədəd satılıb), üçüncü isə Volkswagen Golf (952 144 avtomobil satılıb) tutub.2014-cü ildə satışların sayına görə 20 model 500 minlik həddi aşa bilib. 2013-cü ildəki nəticəyə nisbətən ən böyük artım Çinin Wuling Hongguang (+67,2%) və Toyota Yaris (+33,5%) modelləri nümayiş etdirib.

Mənbə: Milli.Az
28 yanvar 2015
GO BACK