Apple və Googleun mobil bazardakı barışmaz mübarizəsinə baxmayaraq, internet nəhənginin direktorlar şurasının sədri və keçmiş baş direktoru Erik Şmidt öz rəqibinə simpatiyasını etiraf etməkdən çəkinmir. O, Khan Academy konfransında Appleın həmtəsisçisi Stiv Cobsu öz qəhrəmanı adlandırıb.Milli.Az İCT nevs-a istinadən bildirir ki, İT sahəsindəki kumiri haqda suala Erik Şmidtin cavabı çox qısa olub: Stiv Cobs.Hər iki şirkətin mobil bazardakı amansız rəqabətinə baxmayaraq, Stiv Cobs və Erik Şmidt uzun illər dost münasibətlərini qoruyub saxlayıblar.2006-cı ildə Şmidt Appleın direktorlar şurasına daxil olub. Ancaq alma imperiyası ilə Google arasında mübarizə başlanan kimi Şmidt bu vəzifəni tərk etməli olub.
Mənbə: Milli.Az