Qadin.NET / Ağlabatan qiymətə VW

Ağlabatan qiymətə VW

 

220 000 dollara təkcə dünyada yeganə uzadılmış VW Bus deyil, həm də Maui adasında (Havay adalarında bir ada) bu avtomobilin çalışdığı limuzin şirkətini satın almaq mümkündür.Milli.Az 4char.com-a istinadən bildirir ki, bəzilərinin düşünə bildiyi kimi bu heç də kimisə tora salmaq üçün qurulmuş tələ deyil. Şirkətin əlində artıq 2015-ci il üçün bir neçə bron edilmiş sifariş var. Maui dünyada ən məşhur toy məkanlarından biridir.O ki, qaldı avtobusa satıcının dediyinə görə o yüksək momentli 2,074 litrlik VW mühərriki ilə təchiz edilib. Avtomobilin xalis çəkisi 1770 kiloqramdır. Amma bu heç bir problem doğurmur. Bortunda 12 sərnişinlə VW Bus saatda 105 km sürətlə hərəkət edə bilir.

Mənbə: Milli.Az
29 yanvar 2015
GO BACK