Çin bazarının gələcək inkişafı üçün nikbin həll kimi Çinin Lenovo Group Ltd şirkətinin Google Incdən 2,9 milyard dollara mobil qurğu istehsalçısı Motorolanın alınmasını hesab etmək olar.Milli.Az İCTnevs-a istinadən bildirir ki, Lenovonun üç ay öncə bağladığı razılaşma onu fərdi kompüter istehsalçısından smartfon bazarının Samsung Electronics və Apple Inc. ilə rəqabət aparan iştirakçısına çevirib.Çin bazarı çox böyükdür və bizim bu bazarda payımız var, lakin biz uğurla bu bazarın bir hissəsini əldə edəcəyimizə inanırıq, - deyə Motorola Mobilitynin prezidenti Rik Osterlox bildirib.Motorola premium smarfonlar bazarında Apple, Samsung və Xiaomi Inc ilə rəqabət aparacaq. Lenovo bu gün Çində smartfon istehsalına görə ikinci yerdədir.
Mənbə: Milli.Az