“Ümumiyyətlə, Dağlıq Qarabağ məsələsi son zamanlar elə bir labirintə düşüb ki, artıq onun haqqında hamı (siyasətçidən tutmuş terrorçuya qədər) münasibət bildirir. Sadəcə olaraq, burada bir nüans var ki, hamı öz dilində və tərbiyəsinə uyğun danışır və s”. Bunu SİA-ya politoloq Elşən Musayevİsveçrənin “Schweir” qəzetində Ermənistan prezidenti Serj Sarksiyanın ASALA terror təşkilatın üzvü olması haqqında yazı dərc olunmasına münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, burada Ermənistana ən uyğun olan tərəf ASALA kimi terrorçuların tərəfidir: “Bu mənada hesab edirəm ki, sözügedən terror təşkilatının xüsusilə onun jurnalist cildinə girmiş bir nümayəndəsinin bu şəkildə danışmasının təbii qəbul etmək lazımdır. Bu gün ASALA, “İŞİD”-lə bağlı da hər zaman bu kimi bəsit nümunələr göstərə bilərik. Çünki Ermənistanın əlində 2 resurs var. Birincisi, erməni lobbisidir ki, hansı ki onların birbaşa təyinatı terrorçuluqdur. Yəni bunlar hamısı mafioz və kriminal qruplardır. İkincisi isə birbaşa təyinatlı terror təşkilatlarıdır ki, hansı ki onlar Ermənistanı təmsil edirlər. Ümumiyyətlə, son zamanlar təmas xəttində baş verən hadisələr işğalçı ölkənin bir növ təxribatçı hərəkətlərindən xəbər verir. Bununla da ermənilər öz daxillərində olan gərginliyi ört-basdır etməyə çalışırlar.
E.Musayev hesab edir ki, bu yaxınlarda “İŞİD”-lə bağlı verilən bəyanatlarda Azərbaycanın adının səsləndirilməsi, ardınca isə ASALA ilə bağlı belə bir məsələnin ortaya çıxması heç də təsadüf deyil: “Bunların hər biri bir-biri ilə paralel şəkildə, hətta deyərdim ki, bir-birinin davam etdirilən estafeti formasında düzənlənən proqramdır. Təbii ki, bu proqramda Qərbin maraqlı dairələrindən tutmuş Ermənistana qədər hamısının bəlli bir maraqları var. Yəni onlar hər hansı bir şəkildə beynəlxalq hüquqdan, BMT-nin qətnamələrindən qaçmağa və öz dilində danışmağa çalışırlar. Ümumiyyətlə, Ermənistan qəsbkar olduğu üçün bunların dili də kriminal dili olmalıdır. İşğalçı ölkə Xocalı qətliamı kimi bir vəhşi insan qırğınını törədə bildiyi üçün onlarından adından da ASALA və onun nümayəndəsi danışmalıdır”.
Mənbə: Milli.Az