Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib.MTRŞ-dan APA-ya verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb“Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə”nin 17-ci bəndinə uyğun olaraq Milli Televiziya və Radio Şurasının üzvü Nuşirəvan Umud oğlu Məhərrəmov yenidən Milli Televiziya və Radio Şurasının sədri seçilib.
Mənbə: Milli.Az