Şuşanın işğalına rəhbərlik etmiş keçmiş sovet diversantı, erməni general Arkadi Ter-Tadevosyan son aylarda erməni ordusunun cəbhədə göstərdiyi zəifliyin səbəblərindən danışıb.
ANS PRESS-in məlumatına görə, erməni mətbuatına müsahibə verən Arkadi Ter-Tadevosyan bildirib ki, son illərdə vətəndaş cəmiyyətindən sızan meyllər ordunun döyüş ruhunu azaldıb. Azərbaycan ordusunun silahlanma səviyyəsinin güclənməsindən də bəhs edən general bununla belə, əsas problemin valideynlərin nümayiş etdirdiyi narahatçılıqdan qaynaqlanır.
Qeyd edək ki, Ermənistan valideynləri oğullarının işğal edilmiş Azərbaycan ərazilərində qırılmasından çox narahatdırlar. Son günlərdə ölüm sayının artması bu narahatlığı bir qədər də artırıb.
Dünən Ermənistanın əsgər anaları İrəvandakı prezident sarayının önündə prezident Serj Sarksiyanın şəklini ayaqlar altına ataraq tapdayıblar. Erməni polisinin əsgər analarına mane olmaq cəhdi uğursuz olub. Qadın isə ona məhəl qoymayıb və Serj Sarksiyanın sözünə əməl etməyən nacins olduğunu vurğulayıb.
Yerə atılan şəkildə Serj Sarkisyanla əsgər analarının 4 il qabaq yanvarın 27-də əsgər anaları ilə görüşü təsvir edilib. Həmin görüşdə erməni prezident əsgər analarına övladlarının dinc şəraitdə həlak olmasının günahkarlarını cəzalandırmaq üçün ədalətli məhkəmə təşkil ediləcəyinə söz vermişdi. Amma Serj Sarkisyan sözünə əməl etməyib.
Həmin vaxt prezidentin qərargahından yepiskop Baqrat Srbazan da çıxıb. Qadınlar keşişi mühasirəyə alıblar. “Sən bu atasından bixəbər üçün dua edirsən?”- deyə onu təhqir ediblər.
Mənbə: ANS PRESS