Qadin.NET / Bakıya yeni fəlakət gəlir

Bakıya yeni fəlakət gəlir

 

Bakıya yeni fəlakət gəlir

Böyük Qafqaz sıra dağlarında buzlaqların əriməsi içməli su qıtlığına gətirib çıxaracaq. ANS PRESS-in məlumatına görə, mütəxəssislər qlobal iqlim dəyişikliyi səbəbindən dağlarda temperaturun artmasına, bunun isə buzlaqların əriməsinə gətirib çıxaracağını düşünürlər. 
Şimali Qafqaz Hidrometereologiya idarəsinin rəhbəri İrina Xoma TASS-a açıqlamasında buzlaqların əriməsinin dağ göllərin qurumasına gətirib çıxaracağını deyir. 
Böyük Qafqaz dağları ətrafındakı sakinlər içməli su ehtiyyatı qıtlığını təxminən 80-100 ildən sonra hiss edəcəklər. İl ərzində Böyük Qafqaz sıra dağlarındakı buzlaqların qalınlığı iki metr aşağı düşür.
Qeyd edək ki, Türyançay, Samur, Qusarçay, Girdimançay, Əyriçay, Qabırrı çayları sularını Böyük Qafqaz buzlaqlarından alır. Həmin buzlaqıarın əriməsi Azərbaycanın Kürdən yuxarı bölgələirndə quraqlığa səbəb olacaq.

 

Mənbə: ANS PRESS

28 yanvar 2015
GO BACK