ABŞ prezidentinin xanımı Mişel Obama ərəbləri hiddətləndirib. Buna səbəb isə onun başını bağlamaması olub. ANS PRESS-in məlumatına görə, Barak Obama Səudiyyə Ərəbistanı kralının ölümü ilə bağlı Hindistandan Ər Riyada gedib. Onun yanında həyat yoldaşı Mişel Obama da olub. Obama şalvar və uzun jaket geyinib. Lakin onun başında örtük olmayıb. Birinci xanımın bu addımı isə ərəblərinin xoşuna gəlməyib.
Ərəbistanlılar onun 2010-cu ildə İndoneziya səfəri zamanı başını bağladığını xatırladaraq burada da elə etməli olduğunu deyiblər.
Qeyd edək ki, Obama cütülüyü bir sıra dövlət rəsmiləri ilə bir necə gün öncə vəfat edən 90 yaşlı kral Abdullahın yaxınlarına başsağlığı vermək üçün Səudiyyə Ərəbistanına səfər edib.
Xatırladaq ki, ABŞ-dan olan qonaqları hava limanında yeni kral ilə yanaşı şahzadə və nazirlər qarşılayıblar. Onlardan bəziləri kişi qonaqlar ilə əl verib görüşsələrdə Mişel Obamaya əl uzatmayıblar.
Mənbə: ANS PRESS