Qadin.NET / Yevlaxda qeyri-adi olay

Yevlaxda qeyri-adi olay

 

Yevlaxda armud və əncir ağacları bar verib Milli.Az El TV-yə (Region TV) istinadən xəbər verir ki, Yevlax rayonunun Gülövşə kənd sakini Yolçu Əliyevin bağındakı armud və əncir ağacları bar gətirib. Bağban deyir ki, bu hal hava şəraitinin mülayim keçməsi ilə əlaqədardır. Ağacların qış mövsümündə oyanması isə onlar üçün xeyirli deyil. Bu aylarda yetişən meyvələrdə inkişaf getmir və çürüyür. Bu da gələcəkdə həmin ağacın məhsuldarlığının aşağı düşməsinə səbəb olur.

Mənbə: Milli.Az

 

28 yanvar 2015
GO BACK