Qadin.NET / Leyla və Arzu Əliyevalar açılışda

Leyla və Arzu Əliyevalar açılışda

 

Leyla və Arzu Əliyevalar açılışda

“Buta” İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Londonda keçirilən ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində məşhur “Louise Blouin Foundation” incəsənət qalereyasında ölkəmizin müasir incəsənətinin istedadlı nümayəndələri Aida Mahmudovanın və Faiq Əhmədin “Daxili tədqiqat” (Exploring Inward) adlı birgə sərgisi açılıb.
Sərginin açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak ediblər.
“Buta” İncəsənət Mərkəzinin baş direktoru Nəsib Piriyev Mərkəzin həyata keçirdiyi layihələrdən bəhs edib. O, ikinci Beynəlxalq “Buta” Azərbaycan incəsənəti festivalı çərçivəsində keçiriləcək növbəti tədbirlər haqqında da məlumat verib.
Sərginin kuratoru, müasir incəsənət mütəxəssisi, qalereyaçı Fərəh Piriyeva Aida Mahmudova və Faiq Əhmədin yaradıcılıqları barədə məlumat verib. 
Sərgiyə baxış olub.
Fevralın 6-dək davam edəcək sərgidə qədim tarixi kök ilə müasirliyin vəhdətini əks etdirən möhtəşəm Azərbaycan incəsənəti təqdim olunur. Aida Mahmudovanın 17 metr uzunluğunda kətan üzərinə çəkilmiş monumental mənzərə əsəri, Faiq Əhmədin isə ənənəvi Azərbaycan xalçalarından ilhamlanaraq hazırladığı incəsənət qurğuları nümayiş etdirilir.

 

Mənbə: ANS PRESS

28 yanvar 2015
GO BACK