Qadin.NET / Sabah 12 dərəcə isti olacaq

Sabah 12 dərəcə isti olacaq

 

Sabah 12 dərəcə isti olacaq

Sabah Abşeron yarımadasında hava arabir yağıntılı olacaq.Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 29-da Bakıda və Abşeron yarımadasında hava arabir yağıntılı olacaq, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi günün ikinci yarısında şimal küləyinilə əvəzlənəcək.Abşeron yarımadasında temperatur gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.
Yanvarın 29-da rayonlarda da havanın arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qara keçəcəyi gözlənilir. Əksər rayonlarda əsasən yağmursuz olacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək.
Temperatur aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

 

Mənbə: ANS PRESS

28 yanvar 2015
GO BACK