Qadin.NET / Pensiya artımı kimlərə aiddir?

Pensiya artımı kimlərə aiddir?

 

Pensiya artımı kimlərə aiddir?

Dövlət Sosial Müdafiə Fondu (DSMF) əmək pensiyalarının artırılması ilə bağlı prezidentin sərəncamının əhatə dairəsini və artımın hesablanma mexanizmini açıqlayıb.ANS TV-nin məlumatına görə, qurumun sədri Elman Mehdiyev bildirib ki, artım pensiyaların baza yox, sığorta hissəsinə aiddir. Başqa sözlə, ümumi pensiya məbləğindan baza hissəsi, yəni 100 manat çıxılır, qalan hissə inflyasiya rəqəmi qədər, yəni 1,4% artırılır. Sərəncamın əhatə dairəsi də kifayət qədər genişdir.
"Ümumilikdə bütün əmək pensiyaçıların 95% -nin, yəni xüsusi rejimdə pensiya alan şəxslər istisna olmaq yerdə qalan 1 milyon 215 minlik hissəsinin əmək pensiyasının sığorta hissəsi indeksləşdiriləcək. Bundan əlavə təqribən 3 milyon nəfərə yaxın da sığorta olunanın fərdi hesablarındakı pensiya kapitalları həmin indeksləşdirməyə məruz qalacaq. Pensiyaların indeksləşdirilməsini artırmaq üçün hər ay bir milyon, ümumilikdə isə 12 milyon illik vəsait tələb olunur ki, bu məbləğlər Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərə alınıb”, deyə Elman Mehdiyev bildirib.
Amma gələcəkdə, yeni pensiya konsepsiyası reallaşdıqdan sonra pensiyaların ümumi məbləği inflyasiya qədər artırılacaq. Yeni sistemin tətbiqi ilə pensiyaların baza-siğorta hissəsi anlayışları aradan qalxacaq. Artım bütün məbləğə şamil olunacaq.

 

Mənbə: ANS PRESS

28 yanvar 2015
GO BACK