Ötən ilin oktyabr-dekabrında ABŞ-ın Microsoft korporasiyasının xalis mənfəəti 5,9 milyard dollar təşkil edib. Halbuki, 1 il əvvəl bu göstərici 6.6 milyard dollar olub. Azalma 10 faiz təşkil edib.Milli.Az İCT nevs-a istinadən bildirir ki, hesabat dövründə Microsoftun mədaxili 8 faiz artaraq 26,5 milyard dollar təşkil edib. Rübün nəticəsinə görə, əməliyyat gəliri 7.7 milyard dollar təşkil edib.İstifadəçi qurğuları bölməsinin (Devices & Consumer) gəliri 8 faiz artaraq 12,9 milyard dollar olub.Microsoft hesabat dövründə 6,6 milyon Xbox oyun konsolu satıb.Microsoft korporasiyası dünyanın ən böyük proqram təminatı istehsalçısıdır. Şirkətin məhsul portfelinə Windows əməliyyat sistemi, Microsoft Office paketi, Skype proqramı, Bing axtarış sistemi, həmçinin Xbox oyun konsolları daxildir. Şirkətin səhmləri NASDAQ birjasında satılır, kapitallaşması 387,5 milyard dollar təşkil edir.