İnsan yaradılmışların ən mükəmməlidir. Hər halda bu məşhur sözü eşitməyən çox az adam tapılar. Ancaq çox az adam sahib olduqlarının fərqindədir. Bu yazımızda sizə insanoğlunun bir möcüzə olduğunu sübut edən faktlar təqdim edirik.
1. İnsan beyni dəqiqədə 1000 söz oxuya bilir.
2. Yetkin insan 7,000,000,000,000,000,000,000,000,000 (7 oktilyon) atomdan ibarətdir.
3. İnsan bədəni yarım saat ərzində 4 litr suyu isidəcək qədər temperatur hasil edir.
4. İnsan sümüyü qranit qədər dözümlüdür. Bir kibrit ölçüsündə insan sümüyü 9 ton ağırlığa dözə bilir.
5. Beynimiz kompyuter olsaydı bir saniyədə 38 trilyon əməliyyatı yerinə yetirərdi. Dünyanın ən güclü kompyuteri sayılan “BlueGene” bunun yalnız 0,002%-nə qadirdir.
6. Göz ətrafındakı əzələlər gün ərzində 100 min dəfə hərəkər edir. Ayaqlarımızdakı əzələləri də bu formada məşq etdirmək üçün gündəlik 80 km gəzməliyik.
7. İnsan DNT-si ilə banan DNT-si arasında bənzərlik 50%-dir.8. Bədənimiz hər saniyə 25 milyon yeni hüceyrə istehsal edir.
9. Beynimizdəki bir-birinə bağlı olan neyronlar kainatın quruluşuna bənzəyir. Beyin kainatın bir modeli formasında yaradılıb.
10. Qanımızın tərkibində 0.2 milliqram qızıl mövcuddur. 8 qramlıq bir qızıl qəpik hazırlamaq üçün 40 min insanın qanına ehtiyac var.
11. Beynimiz bədənin qəbul etdiyi oksigen və kalorinin 20%-ni istifadə edir. Halbuki beynin çəkisi ümumi bədən nisbətində 2%-dir.
12. Göz yaşlarımız yaranma səbəblərinə görə fərqli quruluşlara malikdirlər. Kədər, sevinc və ya soğan doğrayarkən ortaya çıxan göz yaşlarının mikroskop müşahidəsi onların fərqli quruluşa malik olduqlarını ortaya çıxarıb.
13. Əgər Yer kürəsinin səthi düz olsa insan gecə qaranlıqda, 30 km uzaqlıqda yanan şamı çox rahatlıqla görə bilər.
14. İnsan utancdan və ya sevincdən qızaranda mədəsindəki selikli gişa da qızarır.
15. Bədənimizin ətrafa yaydığı işıq insan gözünün görə biləcəyi işıqdan 1000 dəfə zəifdir.
16. Sinesteziya - iki və daha artıq müxtəlif fiziki sahəyə məxsus qavrayışın birləşməsi, məsələn rəng və temperatur. Başqa cür desək bəzi insanlar səslərin dadına baxa, rəngləri eşidə bilir.
17. Əgər karbondioksidin bədəndən xaric edilməsinin başqa bir yolu olsaydı. İnsan bir dəqiqədən bir nəfəs alıb verərdi.
18. İnsan bədəni bütün ömrü boyunca təxminən 40 kiloqrama yaxın dəri dəyişir.
Mənbə: "Zaman Azərbaycan"