Qadin.NET / Azərbaycanda builki yanvarı "ən isti yanvar" hesab etmək olarmı?

Azərbaycanda builki yanvarı "ən isti yanvar" hesab etmək olarmı?

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, son illərdə ən isti yanvar ayı 2004-cü ildə, ən soyuq yanvar ayı isə 2008-ci ildə olub. 2008-ci ilin yanvar ayında Bakıda havanın minimal temperaturu 9 dərəcə şaxta (yanvarın 8-də) olub. Həmin il havanın orta aylıq temperaturu iqlim normasından 3 dərəcə aşağı olub.2004-cü ildə Bakıda maksimal temperatur 16 dərəcə isti olub.
A.Verdiyev deyib ki, əvvəlki illərdə yanvarda Bakıda ən yüksək temperatur 2007, 2010, 2013-cü illərdə qeydə alınıb. Həmin illərdə Bakıda yanvar ayında maksimal temperatur 19-20 dərəcə isti olub. Ancaq ümumilikdə yanvar ayı ərzində ən yüksək temperatur 1979-cu ildə olub. Həmin ildə Bakıda 22,3 dərəcə isti qeydə alınıb.Onun sözlərinə görə, bu ilin yanvar ayında ən yüksək temperatur 15 dərəcə isti olmaqla yanvarın 7-də qeydə alınıb. Ancaq ümumən bu il Bakıda yanvar ayının 8-9-u istisna olmaqla, hava şəraiti nisbətən mülayim keçib.Hidrometeoroloji Proqnozlar Bürosunun rəsmisi yanvarın son günlərində hava şəraitində kəskin dəyişikliyin gözlənilmədiyini də söyləyib.

Mənbə: Milli.Az

 

28 yanvar 2015
GO BACK