Qadin.NET / Dünyanın ən təhlükəsiz şəhərləri

Dünyanın ən təhlükəsiz şəhərləri

 

Dünyanın ən təhlükəsiz şəhərləri

Dünyanın ən təhlükəsiz şəhərləri seçilib. ANS PRESS-in məlumatına görə, siyahını "Economist" jurnalı dərc edib. 
Jurnalın indeksində ancaq kriminal vəziyyət deyil, daha geniş anlayış nəzərə alınıb. Siyahıda olan 50 şəhər informasiya təhlükəsizliyi - kibertəhlükəsizlik, şəxsi məlumatların oğurlanması tezliyi;
Sağlamlıq təhlükəsizliyi - orta ömür göstəricisi, şəhər əhalisinin sayı ilə xəstəxana yataqlarının nisbəti; 
İnfrastruktur təhlükəsizliyi - yolların keyfiyyəti və insan sayı, təbii fəlakətdən ölənlər;
Şəxsi təhlükəsizlik - kriminal vəziyyət, polisin işi, zorakılıq cinayətləri;
1. Tokio 
13,3 milyon əhalisi olan Tokio əhalinin ən sıx məskunlaşdığı şəhərlərdəndir. Buna baxmayaraq Yaponiyanın paytaxtı həm də ən təhlükəsiz şəhəridir. Bu şəhər jurnalın bütün kriteriyaları üzrə liderdir. 
2.Sinqapur 
Bu şəhərdə şəxsi təhlükəsizlik daha yüksək səviyyədədir. Sinqapurda cinayətin səviyyəsi olduqca aşağıdır. Çünki burada xırda cinayətə görə belə cəzalar olduqca ağırdır. Bu şəhər ölümlə nəticələnən cinayətlərin azlığına görə ikincidir. Polislər bütün diqqətini kiberinayətlərlə mübarizəyə yönəldiblər. 
3.Osaka 
2,6 milyon əhalisi olan Yaponiyanın Osaka şəhəri şəxsi təhlükəsizliyə görə 2, sağlamlıq təhlükəsizliyinə görə isə 6-cıdır. 
Şəhərin informasiya təhlükəsizliyi ilə vəziyyəti isə Tokiodan daha yaxşıdır. 
4. Stokholm 
İsveçin paytaxtında 909 min nəfər əhali var. Bu siyahının ilk beşliyinə daxil olan ilk Avropa ölkəsidir. Stokholm informasiya həhlükəsizliyinə görə 7, sağlamlıq təhlükəsizliyinə görə 10-cudur. 
5. Amsterdam 
820 minlik şəhər marixuanı leqallaşdırması ilə məşhurdur. Lakin buna baxmayaraq Amsterdam infrasturukturu ilə fəxr edə bilər. Burada velosipeddən istifadə səviyyəsi yüksək, havanaın çirklənməsi az, yol qəzalarının sayı aşağıdır. 
6. Sidney 
4,5 milyonluq əhalisi olan şəhər infrastruktur və şəxsi təhlükəsizlik göstəricilərinə görə siyahıya düşüb. Amma Avstraliya kibercinayətlərin ən yüksək həddə olduğu ölkələrdən biridir. 
7. Sürix 
Ən bahalı ictimai nəqliyyata malik şəhərlərdən biridir. Sürix sağlamlıq, informasiya, infrastruktur təhlükəsziliyinə görə ön sıralardan birindədir. 
8. Toronto 
Kanadanın ən çox məskunlaşma olan şəhəridir. Təhlükəsizlik nöqteyi nəzərindən ən yaxşı şəhərlərdən biridir. 
9.Melburn 
4 milyon insanın yaşadığı bu şəhər infrastruktur təhlükəsizliyinə görə 50 ölkə arasında 2-cidir. Şəsxi təhlükəsizlik göstəricisinə görə də onlar ikinci pillədə qərarlaşıblar. 
10. Nyu York 

 

ABŞ-ın siyahının ilk onluğuna daxil olan yeganə şəhəridir. Bu şəhər informasiya təhlükəsizliyinə görə 3-cüdür. 1990-cı ildə bu şəhərdə gündə azı 6 cinayət törədilirdir. O, zamandan sonra şəhər admnistrasiyası uzun yol keçib və vəziyyəti yaxşıya doğru dəyişə bilib. Amma buna baxmayaraq kiber təhlükəsizliklə bağlı problemlər hələ də qalmaqdadır. 
Siyahının sonrakı 10 yerində isə Honqkonq, San Fransisko, Taybey, Monreal, Barselona, Çikaqo, Los Anceles, London, Vaşinqton, Frankfurt şəhərlərinin adları var. 

Mənbə: ANS PRESS

27 yanvar 2015
GO BACK