Qadin.NET / Uşağı belə oturanlar, diqqətli olun!

Uşağı belə oturanlar, diqqətli olun!

 

Uşağı belə oturanlar, diqqətli olun!

Uşaqların yalnış oturuş pozaları gələcəkdə onların sağlamlığına ciddi fəsadlar yarada bilər. ANS PRESS-in məlumatına görə, əsas təhlükə daşıyıcıları isə "W" formada oturan uşaqlardır. Belə bu formada oturuş bel, kürək və fəqərələrarası disklərin sürüşməsinə, yastı ayaqlara səbəb ola bilər. Mütəxəssislərin fikrincə, bu formada oturmaq uşaqların əzələlərinin düzgün formalaşmasına mane olur. Türkiyəli professor Şenay Sıldır bu formada oturmağın körpələr gəzənə kimi onlra ziyanı olmadığını deyir. 
"Lakin gəzməyə başlayandan sonra bu oturuşa mane olmaq lazımdır. 
Uzun müddət "W" şəklində oturmaq irəlidə duruşa pis təsir edə bilər, əzələ inkişafını poza bilər. Məsələn, ayağın arxa əzələləri qısa qala və bu da uşaqların balerina kimi barmaq ucunda gəzməsinə yol aça bilər". 

 

Mənbə: ANS PRESS

27 yanvar 2015
GO BACK