Qadin.NET / Məsud Bərzanidən Türkiyə etirafı

Məsud Bərzanidən Türkiyə etirafı

 

"Ankara İŞİD terror təşkilatı ilə mübarizədə lazımi dəstək verdi". Bunu İraqın kürd muxtariyyətinin rəhbəri Məsud Bərzani deyib. Bu barədə Trend çərşənbə axşamı Türkiyənin Anadolu agentliyinə istinadən xəbər verir.Onun sözlərinə görə, məhz Ankaranın dəstəyi sayəsində kürd silahlı birləşmələrinin (peşmərgə) döyüşçüləri Suriyanın Kobani (Eynül-Ərəb) şəhərini müdafiə edə biliblər.Bərzani, həmçinin qeyd edib ki, Ankaranın dəstəyi olmadan kürd silahlı birləşmələri Kobani şəhərini İŞİD terror təşkilatının yaraqlılarından müdafiə edilmək üçün Suriya ərazisinə keçə bilməzdilər.
Qeyd edək ki, kürd silahlı birləşmələrinin döyüşçüləri ötən il oktyabrın 30-da Türkiyə-Suriya sərhədini adlayaraq Kobani şəhərinə keçdilər.
Son məlumatlara görə, pəşmərgə Kobanidə İŞİD yaraqlılarını məhv edərək şəhəri öz nəzarəti altına ala bilib.

Mənbə: Milli.Az

 

27 yanvar 2015
GO BACK