Facebook və İnstagram-ın fəaliyyətində yaranmış problemlərin səbəbinin "Lizard Squad" haker qruplaşmasının hücumları olduğu bildirilir.Qrup sosial şəbəkələrə hücumlar təşkil edərək Facebook-la İnstagram-da milyonlarla akkauntu sıradan çıxardığını, təxminən 43 dəqiqə ərzində həmin sosial şəbəkələrin fəaliyyətini "iflic" etdiyini bildirib.Milli.Az Gizmodo-ya istinadən bildirir ki, "Lizard Squad" qruplaşması Facebook və İnstagram-la yanaşı, AİM, AOL Instant Messenger, Hipchat, Tinder və MySpace-ə də hücumlar edib.Bu qruplaşma ötən ay Malaysia Airlines, Sony və Xbox Live-ın rəsmi saytları ilə yanaşı, elektron poçt xidmətlərini dağıtmışdı.Facebook və İnstagram-ın texniki servisləri olayın səbəbləri ilə bağlı heç bir açıqlama verməyiblər.
Mənbə: Milli.Az